“Ayıbdır, belə şeyləri yazmayın!” - Komitə sədrindən jurnalistlərə irad

img

16-02-2017 [12:42]


"Azərbaycanda ailə modeli bizim sərvətimizdir. Azərbaycan güclü ailə siyasəti mövcuddur. Bütün bunlara baxmayaraq erkən nikahlar, boşanmalar və zorakılıq halları narahatedicidir”.

Bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova Milli Məclisdə "Ailədaxili münaqişələrin yaranma səbəbləri və onların aradan qaldırılması yolları” mövzusunda keçirilən tədbirdə deyib. Komitə sədri bildirib ki, bu problemləri dövlət qurumları təkcə həll edə bilməz. "Bu məsələdə qeyri-hökumət təşkilatlarının və ictimaiyyətin rolu böyükdür. Azərbaycan təkmil qanunvericilik bazası var. Bu qanunları tətbiqi əsas məsələdir. Profilaktik işlər daha da güclü olmalıdır ki, gələcəkdə baş verəcək ağır cinayət hallarının qarşısı alınsın”.

H.Hüseynova qeyd edib ki, bəzən valideynlər uşaqlarının tərbiyəsi ilə məşğul olmurlar. O qeyd edib ki, bəzi atalar övladlarının təhsil almasında maraqlı deyil.

"Bu, doğru yanaşma deyil. Uşağın gələcəyini düşünmək lazımdır. Biz komitə olaraq ailə psixoloqu yaradılmasının tərəfdarıyıq”.

Komitə sədri eyni zamanda mətbuatda ailədaxili kriminal hadisələrin qabardılmasına da etiraz edib. "Tez-tez yazırlar ki, ər arvadının başını kəsdi, arvada ərini baltaladı və s. Ayıbdır, belə şey yazmaq olmaz. Axı bunu oxuyanları da nəzərə almaq lazımdır. Belə şeylər bütün dünyada var, tək bizdə deyil”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA