"Bu prinsipə əməl olunsa, ortada bu qədər gərginlik də qalmaz” - Fazil Mustafadan Zərdüşt Əlizadə haqda açıqlama

img

20-02-2017 [10:58]


"Araz və Zərdüşt Əlizadələrin mövqelərini bu qədər də aqressiv qarşılamaq lazım deyil. Hər iki şəxs ziyalı ailədən çıxmış, yetərincə savadlı insanlardır. Bir çox hallarda Zərdüşt Əlizadənin cəmiyyətimizlə, Yaxın Şərqlə bağlı təhlillərində olduqca faydalı tezislərə rast gəlirsən. Görünür siyasi arenada bizlərlə fərqli mövqelərdə olmuş Əlizadə qardaşları istər ideyalarının, istər təşkilatlarının sıradan çıxmasında daha çox Elçibəyi günahkar sayırlar, bu isə siyasi baxımdan yanlış yanaşmadır”.

Mia.az bildirir ki, bu sözləri musavat.com-a müsahibəsində deputat Fazil Mustafa son günlərdə mərhum prezidentlə bağlı qalmaqalı şərh edərkən deyib.

F. Mustafanın sözlərinə görə, Elçibəy ayrı bir cinahın lideri idi və o zaman Xalq Cəbhəsi təşkilatının daxilində baş vermiş siyasi mübarizənin xoşagəlməz yekunlarını ömürlük kin olaraq qəlbində yerləşdirmək təqdir olunacaq hal deyil: "Bəyənməmək, sevməmək, bəyənmək və sevmək qədər hər bir şəxsin haqqıdır, hüququdur. Türkləri də sevməyə bilərsən, qəbul etməyə bilərsən, ancaq təhqir səviyyəsinə varacaq qədər bir mövqe sərgiləmək yanlışdır. Buyurun, özünü necə tanıyırsan tanı və təbliğ et, başqasının tanıdığını da, inandığını da qəbul etməsən belə, təhqir etmə, aşağılama. Bu prinsipə əməl olunsa, ortada bu qədər gərginlik də qalmaz”.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA