ABŞ səfiri Robert Sekuta Cocuq Mərcanlıya niyə getmədi? - Politoloqdan şərh

img

15-02-2017 [21:06]


"Azərbaycan prezidentinin məskunlaşdırmağa qərar verdiyi Cocuq Mərcanlı kəndinə əvvəlcə xarici jurnalistlərin, bu gün isə xarici ölkə səfirliklərinin nümayəndələrinin səfərinin təşkili yaxşı ideya idi. Xarici jurnalistlər və diplomatlar öz gözləri ilə gördülər ki, erməni separatçıları Cocuq Mərcanlının timsalında Azərbaycan kəndini necə dağıdıblar, ərazidə salamat heç nə qoymayıblar".

Mia.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu deyib.

O, ABŞ səfiri Robert Sekutanın Cocuq Mərcanlıya niyə getməməsinin səbəbinin də maraq doğurduğunu qabardıb:

"Onun bu səfərdən niyə imtina etməsinin səbəbini bilmək maraqlı olardı. Yaxşı tutaq ki, özün getmirsən, səfirlikdə çalışan onlarla diplomatdan birini də görmək mümkün deyildi? Sekuta iki ölkə arasındakı münasibətlərə xələl gətirə biləcək addım atmamalıydı. 

Misal üçün digər iki həmsədr ölkənin – Rusiya və Fransanın Azərbaycandakı səfirləri Cocuq Mərcanlıda olublar. Ancaq hər iki səfirin Cocuq Mərcanlıda jurnalistlərimizə verdikləri açıqlamalar heç nə ifadə etmir. 

Məsələn, Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin Cocuq Mərcanlıda verdiyi açıqlamaya diqqət yetirin: "Bu, təbii ki, bir daha o mesajı verir ki, biz münaqişənin həlli ilə daha ciddi məşğul olmalıyıq”.

Sağ olsun, Bolqarıstanın Azərbaycandakı səfiri Mariya Xristova. Bolqar diplomat deyib ki, biz Azərbaycana hər şeyin ən yaxşısını diləyirik və arzu edirik ki, bu yerlərdə bir neçə il sonra daha çox insan yaşasın, uşaq bağçaları olsun: "Ölkə prezidenti də bu barədə tədbirlər planı müəyyən edib. Bizi bunun effektinə inanırıq. Təşəkkür edirəm ki, bizi buraya gətiriblər”".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA