"Ziya Məmmədovu daha müzakirə etməyə ehtiyac yoxdur” - Deputatdan sərəncama şərh

img

13-02-2017 [15:23]


Xəbər verdiyimiz kimi, Azərbaycan prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. 

Sərəncama əsasən, Ramin Quluzadə nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri təyin edilib. 

Mia.az xəbər verir ki, Milli Məclisin deputatı Fəzail Ağamalı Modern.az-a açıqlamasında prezidentin sərəncamını şərh edib.

"Burda nə deyə bilərəm ki! Sadəcə olaraq, cənab prezidentin sərəncamını müzakirə etmək istəmirəm. Çünki sərəncam müzakirə edilmir, ona əməl olunur”.

Deputat həmçinin, keçmiş nəqliyyat naziri Ziya Məmmədovla bağlı bir neçə müddət bundan əvvəl etdiyi çıxışlarına da aydınlıq gətirib:

"Ziya Məmmədovun Azərbaycan dövləti qarşısında zamanında xidmətləri olub. O, öz üzərinə düşən vəzifələri zaman çərçivəsində yerinə yetirib. Bu gün ölkə prezidentinin bu baxımdan qərarı və iradəsi ortalıqdadır. Bu məsələ müzakirə predmeti deyil. Ona görə də Ziya Məmmədovu daha müzakirə etməyə ehtiyac yoxdur”. 

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA