Rusiyanın NTV telekanalı iki azərbaycanlı uşağı canlı yayıma çıxaracaq - Məqsəd və FOTOLAR

img

06-02-2017 [18:09]


Sputnik İnformasiya Agentliyi və radiosu Rusiyanın NTV telekanalında keçirilən "Sən supersən!” beynəlxalq vokal istedadlar müsabiqəsinin informasiya tərəfdaşı qismində, layihənin ilkin seçimindən keçmiş Azərbaycan təmsilçiləri Pərvanə Alcanova (Bakı) və Xoşqədəm Mehdiyevanı (Gəncə) dəstəkləyəcək.

Agentlkikdən Mia.az-a verilən məlumata görə, NTV-nin "Sən supersən!” layihəsi valideyin himayəsindən məhrum olmuş istedadlı uşaqlara bacarıqlarını nümayiş etdirməyə imkan yaradır:

"Layihədə uşaq evlərinin yetirmələri, internat məktəblərinin şagirdləri və ailələrə övladlığa verilmiş uşaqlar iştirak edir. Sputnik şouya hazırlıq və efir müddətində iştirakçıların həyatını izləyəcək, oxuculara bu barədə doğma dillərində məlumat verəcək. "Sputnik"in portallarında şounun canlı yayımları təşkil ediləcək, oxucular və sosial şəbəkə istifadəçiləri isə layihənin gedişatı haqqnda müzakirələrdə iştirak edə və ölkələrinin nümayəndələrini dəstəkləyə biləcəklər".

Məlumata görə, Azərbaycandan olan layihə iştirakçıları dünən rəsmi təmsilçilərin müşayiəti ilə Moskvaya yollanıblar. Müsabiqə çərçivəsində iştirakçılarla peşəkar müəllimlər və musiqi  prodüsseri işləyəcək. Uşaqlar şou müddətində məktəb proqramı üzrə təhsillərini davam etdirə biləcəklər.

O da bildirilib ki, "Sən supersən!” musiqi şousunun tərəfdaşı olan Sputnik Beynəlxlq İnformasiya Agentliyi və radiosu öz redaksiya mərkəzlərinin bazasında MDB və Baltikyanı regiondakı 14 ölkədə seçim keçirib. Müsabiqədə MDB və Baltikyanı regionu Azərbaycan, Belarus, Gürcüstan, Moldova, Qazaxıstan, Qırğızıstan və Estoniya da daxil olmaqla 10 ölkədən olan istedadlı uşaqlar təmsil edəcəklər. "Sən supersən!" müsabiqəsi Rusiyanın Elm və Təhsil Nazirliyinin dəstəyi ilə keçirilir.

Şounun aparıcısı Rusiyanın məşhur teleaparıcısı Vadim Takmenyov olacaq.

 "Sən supersən!” uşaq vokal müsabiqəsinin premyerası 11 fevral tarixində NTV telekanalında baş tutacaq. 





Digər xəbərlər
SON XƏBƏRLƏR