"Biz axmaq kimi görünürük” - Məşhur aktyordan preizdentin qərarına narazılıq

img

31-01-2017 [12:37]


Kaliforniya ştatının keçmiş qubernatoru, məşhur Hollivud ulduzu Arnold Şvartsenegger ABŞ Prezidenti Donald Trampın 7 müsəlman ölkəsi vətəndaşlarının ölkəyə girişinə qadağa qoyulması ilə bağlı fərmanını tənqid edib.

Axar.az xəbər verir ki, aktyor məqsədlərə çatmağın başqa yolu olduğunu deyib.

Şvatseneggerin sözlərinə görə, fərman ABŞ-ın Ədliyyə və Milli Təhlükəsizlik Nazirlikləri ilə razılaşdırılmalı idi.

"Bu ağılsızlıqdır və Ağ Ev bu cür təlimatlara zəif hazırlaşanda, biz axmaq kimi görünürük”, - aktyor bildirib.

Digər xəbərlər
SON XƏBƏRLƏR