“Teatr və teatr fəaliyyəti haqqında” qanuna dəyişiklik - Yeni qanun

img

25-01-2017 [19:32]


Bu gün Prezident İlham Əliyev "Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununda edilən dəyişikliyi də təsdiq edib.

Mia.az xəbər verir ki, "Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununu "Reklam haqqında” Azərbaycan Respublikasının 2015-ci il 15 may tarixli 1281-IVQ nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə belə qərar verilib: 

"Teatr və teatr fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 75) aşağıdakı məzmunda 11.3-cü maddə əlavə edilsin:

"11.3. "Reklam haqqında” Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə uyğun olaraq, teatr tamaşası göstərilərkən reklam teatrın foyesində yayımlana bilər. Teatr tamaşasının gedişində reklam yayımlanması qadağandır.”.

Digər xəbərlər
SON XƏBƏRLƏR