13-01-2017 [22:23]
Xalq artisti Nəzakət Teymurovanın uzun illər işlədiyi teartdan getməsi ilə bağlı sualları cavablandırıb.
Mia.az APA-ya istinadən həmin müsahibəni oxuculara təqdim edir:
– Nəzakət xanım, Opera və Balet Teatrının səhnəsindən niyə getdiniz? İstərdim, əsl səbəbini deyəsiniz…
– Bunu özüm istəmişəm. Ərizə yazdım, işdən çıxdım. Mən özümə hörmət edən adamam. Həmişə deyirdim ki, müəyyən yaşa gələndən sonra çıxıb gedəcəyəm. Ona görə də, ərizəmi yazmışam.
– Hər halda, səbəb olmasa, heç kim öz istəyi ilə 20 il çalışdığı teatrdan getməz…
– Mən teatrda təkcə Leyli rolunda çıxış etmirdim. İrili-xırdalı yeddi rol oynamışam. "Leyli və Məcnun”da Leyli hər zaman mənim üzərimə düşüb. Həvəsdir, bəsdir.
– İrili-xırdalı yeddi obrazın aqibəti necə olacaq?
– Bu haqda Opera və Balet Teatrının rəhbərliyi danışa bilər. Zəhmət olmasa, onlarla əlaqə saxlayın, necə olacağını, kimlərin çıxış edəcəyini onlar desinlər. Mən özümə cavabdehəm.
– Siz məcbur olub getmisiniz?
– Mənim tələbələrim də orda çalışır. Artıq üç aydır Opera və Balet Teatrından çıxmışam. Məcburiyyətdən, yaxud başqa səbəbdən, bu barədə heç nə demək istəmirəm. Opera işi mənim yaradıcılığımın bir qoludur. Səsim, ifa tərzim üstümdədir. İllərlə çıxış etmişəm, indi isə teatrdan getmişəm.
– Hazırda teatrda münasibətlər, mühit necədir?
– Məncə, bu suala teatrın direktoru cavab verə bilər. Teatrda son tamaşamı may ayında oynamışam. Ona görə deyə bilmərəm ki, hər hansı gərginlik var, ya yox.
– Teatrdan getməyinizə görə sonra peşman olmayacaqsınız?
– Niyə peşman olum? Lentlərim var, müəyyən yaş var. Peşman o vaxt olardım ki, məni işdən xaric edərdilər. Özüm ərizə yazmasaydım, pis təsir edərdi ki, kimsə məni işdən çıxardı. Özüm istəmişəmsə, niyə peşman olum? Teatra da özüm gəlmişəm. Vaxtilə müsabiqə yolu ilə qəbul olmuşam. Özüm gəlmişəm, özüm də gedirəm. Tamaşaçılara da hər zaman hörmətlə yanaşmışıq. Ona görə də neçə ildir tamaşaçılar bizi seviblər. Mən də çalışmışam, operamızı təmsil edim. O vaxt Asəf Zeynallı adına kollecdə olanda nazirlikdən məsləhət bilmişdilər, təyinatını teatra verin. Dördüncü kursda oxuyanda nazirliyin nümayəndələri, müəllimlərimiz məsləhət görmüşdülər ki, sənin səsin opera səsidir. Müsabiqə yolu getmişəm, qəbul olmuşam. Arif Babayev, Canəli Əkbərov, Baba Mahmudoğlu, Səkinə İsmayılova, Qəndab Quliyeva və bir çox sənətkarlarımız orda işləyirdilər və məni də onlar qəbul etmişdilər. Gedən gündən də mənə Leylini həvalə etmişdilər.
– Siz işdən getmək haqqında qərar verəndə demədilər, qalın işləyin?
– Mən iki il bundan əvvəl işdən çıxmalı idim. Teatrın direktoru Akif Məlikovun xahişi ilə teatrda qalmışam.
– Akif Məlikovla münasibətləriniz necədir?
– Çox normal. Direktor və solist kimi aramızda heç bir narazılığımız olmayıb. Daha doğrusu, mən tərəfdən narazılıq yoxdur. Onlar tərəfdən də mənə həmişə hörmət olunub. Ümumiyyətlə, heç vaxt işlədiyim yerə hörmətsizlik etməmişəm. Onlar da mənə həmişə hörmət ediblər.
– Tamaşaçılarınız sizin Leylinizi səhnədə görməyəndə, onlara cavabınız necə olacaq?
– Qərarı özüm vermişəm. Bu o demək deyil ki, sənətdən gedirəm. Allah qoysa, konsertlərim olacaq, gəlib dinləyə bilərlər. Amma Leyli kimi, Gülbahar kimi, Şahsənəm kimi görməyəcəklər.
– Teatrdan çıxmağınız maddi məsələlərdə sizə problem yaratmayacaq?
– Vallah, heç vaxt Opera və Balet Teatrından maddiyyat güdməmişik. Maaşlarımız elə də çox deyil. 400 manata yaxın maaş almışam. Amma sənət eşqi olub. Mən prezident təqaüdü alıram. Ona görə heç bir çətinliyim yoxdur. Ruzini verən Allahdır.
– Danışığınızdan və səsinizdən hiss edirəm ki, obrazlarınızdan ayrılmaq çətindir…
– Gülüstan Əliyevanın konsertində teatrın direktoru Akif Məlikova yaxınlaşıb artıq işləmədiyimi demişəm. Demişəm ki, bəsdir, oxumayacağam. Yəqin bunu özü də təsdiq edər.
– Akif müəllim soruşmadı ki, niyə gedirsiniz?
– Niyəsi belə olub ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.
– Yəni iki işi bir yerdə çatdıra bilmirsiniz…
– Bəli, çatdıra bilmirəm.
– Nəhayət, səbəbi dediniz…
– Bəli, səbəb odur ki, işlərim çoxdur, pedaqoji fəaliyyətlə məşğulam.
İsraildə Azərbaycan vətəndaşı həlak olub
Gəncənin Baş planı təsdiqlənib
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi
DAHA BİR DÖVLƏT QURUMU AAYDA-da YOXLAMA APARIR
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Sabah hava necə olacaq? - Proqnoz
Tramp: "5 iranlı idmançıya sığınacaq verildi"
Müşfiq Abbasov azadlığa çıxıb
Əli Əsədov yeni qərar imzalayıb
Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi olub
İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub
"Trabzonspor"un baş məşqçisi: "Ən vacib şey qalib gəlmək idi"
Baş nazir deputatlara hesabat verəcək
Cəbrayıl komandasına yeni baş məşqçi təyin edildi
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Qəzzada daha bir jurnalist həlak olub
Şəkidə qadın dəm qazndan ölüb
Prezident tapşırıq verdi, İrana yardım göndərildi - VİDEO