Türkiyənin məşhur müğənnisi Bakıya gələcək - Film təqdimatı

img

30-12-2016 [19:30]


Milli və xarici filmlərin qala-gecələrinin bir nömrəli məkanı olan Nizami Kino Mərkəzi "Af Media” şirkəti ilə birgə, növbəti film təqdimatı ilə yenidən gündəmdədir.

Mərkəzin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, yanvarın 5–də Türkiyənin məşhur müğənnisi və artıq ikinci filmlə aktyor kimi özünü sınayan Murat Boz çəkildiyi "Dönərsə sənindir” filminin digər baş qəhrəmanları ilə birgə Nizami Kino Mərkəzində keçiriləcək qala–gecəyə qatılmaq üçün Bakıya gələcək.

Erol Ozlevin romantik komediya janrında çəkdiyi bu filmdə baş qəhrəman Mehmet uzun illərdir ki, Selin adlı qıza dəli kimi aşiqdir. Selin isə mahnı yazdırıb musiqi və səsyazma şırkətlərinə göndərərək müğənni olmaq xəyalı quran qadındır. Bir gün onun arzusu gerçəkləşir. O, şirkətlərin birindən dəvət alır. Bu məqamda Mehmetin ona tam dəstək olmasına rəğmən onlar ayrılırlar. Ayrılığı qəbul etmək istəməyən Mehmet Selini yenidən qazanmaq üçün çətin, amma gülməli vəziyyətlərə düşür.

Qala–gecəsinə filmdə baş qəhrəmanları canlandıran aktrisalar Yasemin Allen ve İrem Sakın da qatılacaqlar.

Filmi izlədikdən sonra qonaqlar media üçün mətbuat konfransı keçirəcəklər.

Digər xəbərlər
SON XƏBƏRLƏR