25-12-2016 [18:48]
Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının dirijoru, Prezident mükafatçısı Əyyub Quliyevin iştirakı ilə Novosibirsk Akademik Filarmoniyasının Simfonik və Kamera orkestrləri ilə silsilə konsertlər keçirilib.
Mia.az xəbər verir ki, Azərbaycan və dünya musiqisinin yer aldığı konsertlər Novosibirskin tanınmış salonlarında - Arnold Kats adına Dövlət Konsert zalında və Akademik "Konqress xoll"da baş tutub.
23-24 dekabrda Filarmoniyanın simfonik orkestrinin ifasında S.Raxmaninov, S.Prokofyev, D.Şostakoviçin əsərləri ilə bərabər, dünya şöhrətli Azərbaycan bəstəkarı Qara Qarayevin "Yeddi gözəl" baletindən süita səslənib.
Böyük maraqla qarşılanan və anşlaqla keçən konsertin sonunda dinləyicilər üçün dirijor və orkestr adından Yeni il təbriki olaraq dahi Azərbaycanlı, maestro Niyazinin "Qaytağı" əsəri təqdim olunub. Konsertin proqramında solist qismində iştirak edən Ümumrusiya və Beynəlxalq müsabiqələr laureatı pianoçu Aleksandr Sinçukun (ABŞ) təfsirində S.Raxmaninovun "Paqanini mövzusunda Rapsodiyası" sürəkli alqışlarla qarşılanıb.
Məlumata görə, dekabrın 28-də dirijor Əyyub Quliyevin rəhbərliyi və Novosibirsk Filarmoniyasının kamera orkestrinin iştirakı ilə A.Kats adına Dövlət konsert zalında qala konsert keçiriləcəkdir:
"Rusiyada "Kino ilinin" bağlanışına həsr olunmuş təntənəli mərasimdə müxtəlif illər ərzində Azərbaycan, Rusiya, Avropa və Sovet bəstəkarlarının yazdığı kino musiqisindən seçilmiş nümunələr səslənəcəkdir. Üz.Hacıbəyli (Arşın mal alan), İ.Dunayevski, A.Petrov, A.Pyatsola, T.Takemitsu, P.Bülbüloğlu, J.Kern, G.Kançeli, R.Qardel, A.Zatsepin və S.Paşkovun instrumental və vokal versiyada əsərləri təqdim olunacaqdır. Konsertdə Rusiyanın tanınmış ifaçıları - "Markel solistləri" vokal ansamblı, Rusiyanın əməkdar artisti Yuliya Rubina (skripka), Yevgeniy Klenov (skripka) və "Sibduo" qrupu - Aleksandr Sirotkin və Andrey Bityutskixin iştirakı gözlənilir".
Mia.az

İsraildə Azərbaycan vətəndaşı həlak olub
Gəncənin Baş planı təsdiqlənib
Veysəloğlu Şirkətlər Qrupunun ənənəvi “İllik Dəyərləndirmə və Gələcəyə Baxış” tədbiri keçirilib - FOTOLAR
Kartof niyə bahalaşır? - Açıqlama
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Ceyhun Bayramov Kolumbiyanın yeni səfirini qəbul edib
TRAMP "İRANLA GÖRÜŞƏ HAZIRAM" DEDİ, TEHRANDAN RƏDD CAVABI GƏLDİ: "Ağzına yumruq vuracağıq"
“Mənim ailəmin şəxi həyatına daxil olmayın" - Tahir İmanov vəhhabi olması haqqında iddialara belə reaksiya verdi + VİDEO
Ağdaşda qızı qaçıran oğlan və dostları həbsə göndərilib
Tehranda itkilərin sayı artır - Ən azı 460 nəfər ölüb, 4000-dən çox insan yaralanıb
Aralıq dənizində zəlzələ olub
"Qoşadaş"da dəniz dibinin tədqiqatına başlanılır - Açıqlama
"Fitch" İranla bağlı proqnoz verib
Daha bir amerikalı hərbçi həlak oldu
"HABER GLOBAL"IN RƏHBƏRİ İRAN RƏHBƏRLİYİNƏ "ÇAQQAL" DEDİ - FOTO
Ülviyyə Axundova yeni vəzifəyə təyinat aldı
"Zülfiyyə xanım icazə vermədi, eybi yox" - VİDEO
"Elmin" şadlıq sarayının fəaliyyəti dayandırılıb
Dünənki imtahanda suallar çətin olub? - DİM-dən açıqlama
"Google"u 11,4 milyon cərimələndi - Rusiyada
İran hökuməti: "Həlak olanlar arasında 206 qadın və uşaq var"
Pensiyalarla bağlı açıqlama yayıldı
"AZƏRİŞIQ" QANUNU POZUB: bir ayı gözləmədən işıq kəsmək və... - "RƏY HOQQABAZLIĞI" DA RƏSMƏN ARAŞDIRILIR
Qələmşah Qədimov 20 kq narkotiklə saxlanıldı
AAYDA və tabeli qurumlarda maaş böhranı yaşanır - "Fevralın maaşı hələ də ödənilməyib!"
“BİZİ BURA KİNOYA BAXMAĞA ÇAĞIRIBLAR?” – Komitə sədri əsəbləşərək AHİK-in tədbirini tərk edib + FOTOLAR
ADSEA-nın tabeliyindəki qurumda yoxlama başlayıb
Prezident daha üç qanuna dəyişikliyi təsdiqlədi
DAHA BİR DÖVLƏT QURUMU AAYDA-da YOXLAMA APARIR
Prezident İlham Əliyev Naxçıvan Konstitusiyasına dəyişiklikləri təsdiqləyib - Nələr olacaq?
Sabah hava necə olacaq? - Proqnoz
Tramp: "5 iranlı idmançıya sığınacaq verildi"
Müşfiq Abbasov azadlığa çıxıb
Əli Əsədov yeni qərar imzalayıb
Dövlət Məşğulluq Agentliyində kadr dəyişikliyi olub
İrandan indiyədək Azərbaycana 2 097 nəfər təxliyə olunub
"Trabzonspor"un baş məşqçisi: "Ən vacib şey qalib gəlmək idi"
Baş nazir deputatlara hesabat verəcək
Cəbrayıl komandasına yeni baş məşqçi təyin edildi
Pirəkəşkül və Ağdərədə yararsız döyüş sursatları məhv ediləcək
Qəzzada daha bir jurnalist həlak olub
Şəkidə qadın dəm qazndan ölüb
Prezident tapşırıq verdi, İrana yardım göndərildi - VİDEO