Bakıda kimin 3,4 milyon dolları "atılıb?" - Sensasion məhkəmə prosesi

img

29-07-2016 [19:30]


Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxt sakininin 3,4 milyon dollarını dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şəxslərin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Təqsirləndirilən şəxslər- Loğman Abdullayev, Emin Qasımov, Ruslan Hacıyev, Pərviz Rzayev, Fərhad Tağıyev və Tural Qasımovun cinayət işi üzrə məhkəmə prosesinə hakim Tamella Nəsrullayevə sədrlik edir.

Məhkəmə prosesində L.Abdullayevin vəkili Cavad Cavadov vəsatətlə çıxış edib. O, hüquqlarını müdafiə etdiyi şəxsin cinayət işində maddi sübutların olmadığını və işin ibtidai istintaqa qaytarılmasını tələb edib. Məhkəmə heyyəti vəkilin bu vəsatətini təmin etməyib.

Məhkəmə heyəti ötən prosesdə L.Abdullayevin vəkili Bəxtiyar Hacıyevin qaldırdığı vəsatətə də münasibət bildirib.

B.Hacıyevin L.Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirlməsi ilə bağlı vəsastəti təmin edilməyib. 

Qeyd edək ki, hadisə 2015-ci ildə baş verib. İttiham aktında qeyd edilənlərə görə, Bakı şəhər sakini Tofiq Nadir oğlu Zülfüqarov Daxili İşlər Nazirliyinə (DİN) müraciət edərək, bir qrup şəxsin ona məxsus 3 milyon 400 min ABŞ dolları məbləğində vəsaiti dələduzluq yolu ilə ələ keçirdiklərini bildirib. Baş İdarənin əməkdaşları tərəfindən həyata keçirilən tədbirləri nəticəsində L.Abdullayev, E.Qasımov, R.Hacıyev, P.Rzayev, F.Tağıyev və T.Qasımov saxlanılıb.

Nərimanov Rayon Məhkəməsində F.Tağıyev, R.Hacıyev və T. Qasımov barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunması ilə bağlı verilmiş təqdimata baxılıb. Məhkəmənin qərarı ilə həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəzlənib. 

Onlar dələduzluq yolu ilə əldə etdikləri məbləğin bir hissəsini geri qaytardıqları üçün ev dustaqlığına buraxılıblar.  

Həmin şəxslər Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) və 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham olunublar.

Təqsirləndirilənlərdən yalnız L.Abdullayev barəsində seçilmiş həbs qətimkan tədbiri qüvvədə saxlanılıb.

Musavat.com 3,4 milyon dolların hazırda zərərçəkmiş kimi tanınan Tofiq Zülfüqarova məxsus olmadığı haqda məlumat əldə edib. 

Məlumata görə, 3,4 milyon dollar T.Zülfüqarovun yanında çalışdığı iş adamlarından birinə məxsusdur. Lakin həmin şəxs adının bu işdə hallanmasını istəməyib və zərərçəkmiş kimi T.Zülfüqarov göstərilib. 

Növbəti məhkəmə proseslərində əsl zərərçəkmişin kim olacağı ilə bağlı dəqiq məlumatların açıqlanacağı gözlənilir.

Qeyd edək ki, məhkəmənin baxış iclası avqustun 2-nə təyin edilib.

Musavat.com


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA