Türkiyədə məşhur holdinqin rəhbəri saxlanıldı - Fətullah Gülənə görə... (FOTO)

img

29-07-2016 [12:23]


Türkiyənin Kayseri vilayətində "Boydak Holding"in Direktorlar Şurasının rəhbəri Mustafa Boydak saxlanılıb.

 Bu barədə Türkiyənin "Sabah" qəzeti məlumat verir.

Məlumatda qeyd olunur ki, həmçinin holdinqin İdarə Heyətinin üzvü Şükrü Boydak da saxlanılıb.

Hazırda saxlanılanların yaşayış yeri üzrə axtarışlar aparılır.

Qəzetin verdiyi məlumata göerə, həmin şəxslər Fəthullah Gülənin terror təşkilatına maliyyə yardımı ayırmaqda ittiham olunaraq saxlanlılıblar.

Qeyd edək ki, Türkiyədə iyulun 15-dən 16-na keçən gecə dövlət çevrilişinə cəhd edilib. Hadisədə 246 nəfər ölüb, 2000-dən çox insan xəsarət alıb.

boydaq


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA