Ağsuda polis əməliyyatı - Narkotika və silah ələ keçirildi

img

28-07-2016 [19:34]


DİN-in əməkdaşları Ağsu şəhərində əməliyyat-axtarış tədbirləri həyata keçirib.

Mia.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağsu RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ülgüc kənd sakini, əvvəllər məhkum olunan Təvəkkül Məmmədova məxsus torpaq sahəsindən kultivasiya yolu ilə yetişdirilən 64 ədəd çətənə kolu, 1 kiloqram 55 qram marixuana və 1 ədəd TOZ-16 markalı ov tüfəngi aşkar edilərək götürülüb.

T. Məmmədovun tanışı, Ağsu şəhər sakini Cəmil Hidayətova məxsus ayaqqabı sexinə baxış zamanı isə 31,42 qram marixuana aşkar edilərək götürülüb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA