Bakıda səfirliyə məxsus maşın qəzaya düşüb - Yaralanan var

img

28-07-2016 [16:47]


Bakıda səfirliyə məxsus avtomobil qəzaya düşüb.

Belə ki, paytaxtın Nəsimi rayonu, H.Ələsgərova küçəsi ev 15-in qarşısında Bakı şəhər sakini 26 yaşlı Mehri Süleymanovanın idarə etdiyi "Chevrolet” markalı avtomobil Mərakeş Krallığı vətəndaşı 30 yaşlı Muhammed Briouelin idarə etdiyi "Hyundai” markalı avtomobil ilə toqquşub.

Hər iki sürücü xəsarət alıb. Yaralılar Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda tibbi yardım aldıqdan sonra evə buraxılıblar.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, "Hyundai” markalı avtomobil Mərakeş Krallığının Azərbaycandakı səfirliyinə məxsusdur.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA