Partlayış zamanı yaralananlarla bağlı son məlumat – Həkimdən açıqlama

img

27-07-2016 [11:42]


Şirvan şəhərində güclü partlayış zamanı ağır yaralanan xəstələrdən biri iyulun 26-da Bakıdakı Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.

Bununla bağlı AzNews.az-a məlumat verəm Şirvan Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinin həkimi Tofiq Hüseynov məlumat verib. Onun sözlərinə görə, həmin xəstənin vəziyyəti olduqca ağır olub: "Burada ona yardım etdik, amma durumu ağır olduğundan Bakıya göndərildi. Hazırda həmin xəstə Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunda əməliyyat olunub, vəziyyəti də yaxşıdır”.

T.Hüseynov partlayış zamanı sözü gedən xəstəxanaya 24 xəstənin gətirildiyini vurğulayıb: "Onların arasında yanığı, yarası olan və hadisəndən qorxan şəxslər olub. Biz onların hər birinə yardım etdik. Hazırda xəstəxanada 5 xətə var, yerdə qalan xəstələrə ilk tibbi yardım edilib və kafi halda evə buraxılıb”.

Xatırladaq ki, iyulun 26-da Şirvan şəhər Müdafiə Sənayesi Nazirliyinin "Araz" zavodunda dəhşətli partlayış olub. Partlayış zamanı 24 nəfər yaralanıb, iki nəfər isə dünyasını dəyişib.

Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA