“Türk Telekom”un rəhbərliyində həbslər başladı - 3 nəfər saxlanıldı

img

26-07-2016 [15:24]


Türkiyənin ən iri telekommunikasiya şirkətlərindən olan "Türk Telekom”un rəhbərliyində təmsil olunan 3 nəfər hərbi çevriliş cəhdi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Həbs olunan şəxslərin adları hələlik açıqlanmasa da, onlardan ikisinin və "Türk Telekom”un texnologiya üzrə baş direktor müavini Coşkun Şahin və TTNET-in fərdi iş bölməsinin baş direktoru Erkan Akdemir olduğu bildirilir. Bu şəxslər prokurorluq tərəfindən ifadə verməyə dəvət olunmuşdu.

"Türk Telekom” rəhbərliyi isə şirkət strukturlarında 198 nəfəri işdən qovub. (Lent.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA