İş adamını hədələyən şəxs saxlanıldı - Əməliyyat

img

26-07-2016 [11:58]


Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşları Xaçmazda əməliyyat keçiriblər.

Mia.az DİN-ə istinadən xəbər verir ki, əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 24-də Xaçmaz rayonunun Çarxı kəndindəki restoranda, oranın icarədarı Ramin Namazovu öldürəcəyi ilə hədələyib, 400 manat pul tələb edən şəxs yaxalanıb. Həmin şəxs Xaçmaz şəhər sakini, əvvəllər məhkum olunmuş Hüseyn Mövlanovdur. Onun üzərinə baxış zamanı 3,225 qram heroin də aşkarlanıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA