Tovuzda 6 otaqlı ev yandı - Ev sahibinin asılmış meyiti tapıldı

img

23-07-2016 [20:53]


Tovuzda iki evdə yanğın olub.

Mia.az-ın APA-ya istinadən məlumatına görə, hadisələr rayonun Qovlar şəhəri ərazisində qeydə alınıb. Yanğınlardan biri şəhər sakini Vidadi Allahverdiyevə məxsus evdə baş verib. Hadisə yerinə gələn 3 yanğınsöndürmə avtomobili və canlı qüvvənin səyi nəticəsində alov söndürülüb.

Qeyd edək ki, evin həyətində ev sahibi 1959-cü il təvəllüdlü Vidadi Allahverdiyevin asılmış meyiti aşkarlanıb.

Yanğın iki mərtəbəli 6 otaqlı evin 80 kvadratmetr sahəsini yararsız hala salıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA