Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırıldı – Kollegiya Baş Prokurorluğa müraciət etdi

img

21-07-2016 [15:35]


Tanınmış vəkil Şəfiqə Nağıyevanın vəkillik fəaliyyəti dayandırılıb.

Bu barədə Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzvü İradə Cavadova məlumat verib.

O bildirib ki, Şəfiqə Nağıyevanın fəaliyyəti ilə bağlı ötən gün kollegiyada iclas keçirilib: "Qərara alındı ki, onun fəaliyyəti 6 ay müddətinə dayandırılsın. Haqqında olan iş materiallarının araşdırılması üçün Baş Prokurorluğa müraciət edildi. Buna səbəb isə müdafiə etdiyi şəxsdən külli miqdarda pul almasıdır. Bundan əlavə, Şəfiqə Nağıyeva Rəyasət Heyətinə hörmətsizlik edir, iclaslarda iştirak etmir və digər qaydaları pozur. Ona görə də onun vəkillik fəaliyyəti dayandırılıb”.

Qafqazinfo.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA