Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı 6 min nəfər saxlanılıb - Kütləvi həbslər

img

17-07-2016 [16:06]


Türkiyədə hərbi çevrilişə cəhdlə bağlı saxlanılanların sayı 6 min nəfərə çatıb.

Bunu bu gün Türkiyənin ədliyyə naziri Bəkir Bozdağ açıqlayıb.

B. Bozdağ deyib ki, hərbçi, hakim və prokurorlar daxil olmaqla, 6 min nəfər civarında saxlanılan var. Ədliyyə naziri saxlanılanların sayının 6 min nəfəri də keçəcəyini bildirib.

Bu arada Adanada İncirlik hərbi bazasının türk komandiri general Bekir Ercan Van da saxlanılıb. 

Apa.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA