Türkiyə tarixində bir ilk yaşandı - Ana Yasa Məhkəməsinin hakimi də həbs olundu

img

16-07-2016 [20:21]


Dünən gecə Türkiyədə dövlət çevrilişinə cəhd ittihamı ilə hakim və prokuror korpuslarında da həbslər davam edir.

Mia.az xəbər verir ki, bir az əvvəl Türkiyə Konstitusiya Məhkəməsinin hakimi Alparslan Altan da saxlanılıb. O, qiyamçılara dəstək də günahlandırılır.

Türkiyə mediasi xəbər verir ki, Ana Yasa Məhkəməsində həyata keçirilən bu həbs Türkiyə tarixində ilk addımdır. 

Məlumatda o da qeyd olunur ki, məhkəmə və prokurorluq sistemində 30-a yaxın vəzifəli şəxsin axtarışları isə davam edir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA