Azərbaycanlı hüquqşünas Ukraynada məhkəmə sədri təyin olundu - FOTO

img

13-07-2016 [19:15]


Ukraynada azərbaycanlı Çerniqov vilayəti üzrə Apellyasiya Məhkəməsinin sədri təyin olunub.

Yeni təyinat alan şəxs əslən Azərbaycanın Tovuz rayonunun Aşağı Əyyublu kəndindən olan, 1959-cu il təvəllüdlü Sadiq Rza oğlu Tağıyevdir.

 O, bu vəzifəyə qədər Luqansk vilayətində Ali Məhkəmənin sədr müavini olub. 1977-ci ildə Donetsk Tibb İnstitutunu bitirən R. Tağıyev tibb sahəsində çalışıb. 1985-ci ildə SSRİ Daxili İşlər Nazirliyi yanında kriminalistika kursunu bitirdikdən sonra Luqansk vilayətində milis orqanlarında işləyib.

1987-ci ildə Xarkov Universitetində hüquq fakültəsini bitirən R. Tağıyev 1992-ci ildən məhkəmə sistemində müxtəlif vəzifədə çalışıb. (APA)


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA