Amnistiya aktının şamil olunduğu şəxslərin sayı açıqlandı - Rəsmi

img

13-07-2016 [17:53]


Azərbaycanda Amnistiya aktının şamil olunduğu şəxslərin sayını açıqlanıb.

Mia.az Pentensiar Xidmətin mətbuat xidmətinə istinadən xəbər verir ki, amnistiya aktı bu günə kimi cəzaçəkmə müəssisələrində saxlanılan 2000 nəfərdən artıq şəxsə şamil edilib. Onlardan 33 nəfəri xarici ölkə vətəndaşıdır.

Çəzaçəkmə müəssisələrindən azadlığa çıxan məhkumlardan 43 nəfəri qadındır. Qurumdan bildirilib ki, Amnistiya aktının icrası davam edir.

Qeyd edək ki, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyevanın təşəbbüsü ilə 28 May Respublika Günü münasibətilə Milli Məclis mayın 20-də Amnistiya aktı qəbul edib. Aktın icrasına iyunun 15-də başlanılıb.

Amnistiyanın ümumilikdə 10 minə yaxın məhkuma şamil olunacağı gözlənilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA