Maskalı quldurlar azərbaycanlı iş adamı və ailəsinə hücum edib! - İstirahətə gedərkən...

img

06-07-2016 [13:45]


Ukraynada azərbaycanlı iş adamı ailəsi ilə birgə Krıma gedərkən yolda naməlum şəxslərin hücumuna məruz qalıb.

Donetsk Azərbaycanlıları Konqresindən verilən məlumata görə, hadisə iki gün əvvəl Zaporojye vilayətinin Melitopol şəhəri yaxınlığında baş verib.

Velikaya Novoselka şəhəri yaxınlığında yaşayan, 1978-ci il təvəllüdlü iş adamı Aslanov Vadim Aslan oğlu ailəsi ilə birgə Krıma istirahətə getmək istəyərkən dörd maskalı şəxs nömrəsiz avtomobillə onların yolunu kəsib.

Maskalılar avtomobilə zərbələr endirdikdən sonra V. Aslanovun üstünə avtomat silah çəkərək pul və qiymətli əşyaları tələb ediblər. V. Aslanova avtomatın qundağı ilə xəsarətlər yetirən quldurlar onların 10 000 dollaradək pulunu və qızıl-zinət əşyalarını alıblar.

Məsələ ilə bağlı Azərbaycanın Ukraynadakı səfirliyindən münasibət öyrənməyə çalışsaq da, səfirliyin konsulluq məsələləri üzrə katibi Abbas Mustafayev sualları cavablandırmaqdan imtina edib.

Apa.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA