Gömrükdə daha bir əməliyyat - Rəsmi

img

25-06-2016 [17:57]


Tovuz Gömrük İdarəsinin əməkdaşları külli miqdarda siqaretin qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə keçirilməsinin qarşısını alıb.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Qazax rayon sakinlərinə məxsus 2 avtomobilə Tovuz Gömrük İdarəsinin "Sınıq Körpü” gömrük postunda gömrük baxışı keçirilib.

Yoxlama zamanı avtomobillərin gizli saxlanc yerlərindən üzərində aksiz markası olmayan, ümumilikdə 10 400 ədəd siqaret aşkar olunaraq götürülüb. Hər iki faktla bağlı araşdırma aparılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA