Həbsdə olan müdafiə nazirinin sabiq müavinindən yeni xəbər - Məhkəmə prosesi

img

24-06-2016 [12:36]


Müdafiə nazirinin sabiq müavini Mehman Səlimov barəsində olan hökmdən apellyasiya şikayəti verib.

Onun şikayətinə yaxın günlərdə baxılacaq. O, şikayətində bəraət hökmü çıxarılmasını istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Səlimov 8 il müddətinə azadlıqdan məhrum edilib.

M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib(APA).


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA