“Paşa Bank” iddia qaldırdı, deputatın kürəkəninin əmlakına həbs qoyuldu - Qalmaqal

img

23-06-2016 [17:35]


Deputat, Azərbaycan Kooperasiya Universitetinin rektoru Eldar Quliyevin kürəkəni, iş adamı, "Kapitol” şirkətinin rəhbəri Abbas Səfərovun əmlakına həbs qoyulub. 

AzNews.az xəbər verir ki, həbs qərarını Nəsimi Rayon Məhkəməsi "Paşa Bank”ın iddiası əsasında verib.

Məlum olub ki, A.Səfərov bankdan külli miqdarda kredit götürüb, lakin borcunu geri qaytarmayıb. Buna görə də bank rəhbərliyi iş adamını məhkəməyə verərək əmlakına həbs qoyulmasını xahiş edib. Məhkəmə də iddiaçının şikayətini haqlı sayaraq, onun lehinə qərar qəbul edib.

Məlumata görə, A.Səfərov birinci instansiya məhkəməsinin qərarından appelliyasiya şikayəti verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA