Qaydanı pozan "Galendewagen” kimindir? - VİDEO

img

22-06-2016 [17:49]


Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozan "Mercedes Galendewagen” markalı avtomobil kameralara tuş gəlib.

Mia.az Avtosfer.az-a istinadən xəbər verir ki, görüntülərdən də məlum olur ki, avtomobilin sürücüsü başqaları ilə eyni sırada dayanmağı özünə sığışdırmadığı üçün dayanmayaraq əks yola çıxıb və soldan gələn avtomobillərin hərəkətinə mane olur.

Qeyd edək ki, İnzibati Xətalar Məcəlləsində bu cür qayda pozuntusuna görə 100 manat və 4 bal cərimə nəzərdə tutulur. (Maddə 327.4. Birtərəfli hərəkət yollarında müəyyən edilmiş hərəkət istiqamətinin əksinə hərəkət etməyə, habelə 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərini pozmaqla nəqliyyat vasitəsini tam olaraq əks istiqamətli nəqliyyat axınının hərəkət zolağına keçirərək nəqliyyat axınına əks istiqamətdə hərəkət etməyə görə yüz manat məbləğində cərimə edilir).


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA