Peterburqda azərbaycanlı qatili belə döydülər - VİDEO

img

22-06-2016 [12:20]


Sankt-Peterburq şəhərindəki tərəvəz bazarlarından birində baş verən silahlı insidentlə bağlı xəbərlər gəlməkdə davam edir.

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, həmyerlisi tərəfindən qətlə yetirilən 43 yaşlı Maarif İsmayılov meyvə-tərəvəz obyektlərini icarəyə verməklə məşğul olub.

Qatil, 27 yaşlı Emil Hüseynov Peterburqun Oktyabrsk rayon məhkəməsinə gətirilən zaman hadisənin şəxsi münasibətlər zəmnində baş verdiyini demişdi: "Tutduğum əmələ görə peşmançılıq çəkirəm”.

Bundan artıq söz deməyən Hüseynovun Rusiya vətəndaşlığına malik olduğu bildirilir.

Lakin bazarda çalışan şəxslər azərbaycanlının 10 milyon rubl qarşılığında həmyerlisini qətlə yetirdiyini iddia edirlər.

Məhz bu səbəbdən onlar tərəvəz bazasının ərazisində Emil Hüseynovu döyərək ona qapalı kəllə-beyin travması yetiriblər.

Emil Hüseynov Rusiya Daxili İşlər Nazirliyinin Akademiyasının məzunudur.

Bir neçə il Kirov rayonunda sahə müvəkkili kimi çalışan azərbaycanlı sonralar Peterburqdakı Azərbaycan konsulluğuna müəmmalı səfərindən sonra işsiz qalmışdı.


VIDEO

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA