“ZaminBank” əməkdaşlarının işi məhkəməyə göndərildi

img

21-06-2016 [15:58]


"ZaminBank" ASC-də filial müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və digərlərinin cinayət işi üzrə istintaq yekunlaşıb.

Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, cinayət işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Cinayət işi hakim Zeynal Ağayevin icraatındadır. Məhkəmənin hazırlıq iclası iyunun 30-a təyin edilib.

Qeyd edək ki, "ZaminBank" ASC-də filial müdiri vəzifəsində işləyən Müşfiq Bayramovun və filial əməkdaşlarının sənədləri saxtalaşdırmaqla ayrı-ayrı şəxslərin adından banka depozit kimi qoyulmuş külli miqdar pulu mənimsəyiblər. M.Bayramova Cinayət Məcəlləsinin 179.2.3 (mənimsəmə və ya israf etmə), 179.2.4 və 179.3.2-ci maddələrində maddəsində nəzərdə tutulan ittiham elan edilib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA