21-06-2016 [14:50]
"Prezident İlham Əliyev Sankt-Peterburqda onu anlatdı ki, danışıqlar prosesini əsas tutaraq, münaqişənin daha 20 il davam etməsinə göz yummayacaq. O, Vladimir Putinlə görüşdə də birbaşa bildirdi ki, Bakı status-kvonu qəbul etmir və ərazilər geri qaytarılmalıdır".
Bu barədə rusiyalı ekspert Sergey Strokan deyib.
Onun sözlərinə görə, Prezident İlham Əliyev prosesi ölü nöqtədən tərpətməyə qətiyyət göstərsə də, onun erməni kolleqası növbəti dəfə monitorinq mexanizminin təkmilləşdirilməsi və təmas xəttində hadisələrin araşdırılmasına ehtiyac haqda danışdı: "Yəni Sərkisyan bütün vasitələrlə status-kvonu saxlanmağa çalışır”.
Ekspert əlavə edib ki, Rusiya tərəfləri barışdırmaq üçün uzun illər boyunca fəaliyyət göstərib:
"2011-ci ildə Dmitri Medvedyev prezidentləri Kazanda görüşdürdü. Hətta tərəflər münaqişəni həll etməyə yaxın idilər. Lakin bu baş tutmadı. O vaxtdan 5 il keçib.
Bu illər ərzində nələr dəyişib? Bakı və İrəvanda liderlər həmin liderlərdir. Dəyişən odur ki, indi prosesi Medvedyev yox, Putin aparır. Bu, əlbəttə, əhəmiyyətlidir, lakin yeganə fərq deyil. İkinci fərq odur ki, bu regionda sabitliyin saxlanılması əvvəlki kimi mümkün deyil. Vəziyyət nəzarətdən çıxır, idarə olunmaz hal alır və böyük müharibə ilə hədələyir. Nəhayət, ən vacib məqam Bakıda ciddi dəyişikliklərin nəzərə çarpmasıdır. İrəvanda çox hiss olunmasa da, son beş ildə Azərbaycan siyasi, hərbi, diplomatik arsenalını xeyli gücləndirib. Prezident İlham Əliyev bu gün postsovet məkanında dünya siyasətçiləri ilə ən fəal ünsiyyət saxlayan liderdir. Hətta, erməni diasporunun güclü olduğu paytaxtlarda belə onu arqumentlərini dinləyirlər və bu arqumentlər həm Vaşinqtonda, həm də Berlində qəbul edilir, dəstək qazanır”.
Ekspert bildirib ki, Sankt-Peterburq görüşü ərəfəsində Azərbaycan Ordusunun təmas xəttinə yaxın bölgədə təlimlərə başlaması da diqqət çəkir.
Onun sözlərinə görə, Sankt-Peterburq görüşündə böyük sıçrayış olmasa da, bu görüşü mənasız da adlandırmaq doğru deyil: "Əslində, bu görüşdən sonra yeni vəziyyət yaranacaq. Qərb faktiki olaraq bu prosesdə Moskvanın aparıcı rolunu qəbul edir. Moskva nəticədə İrəvanı güzəştə məcbur edəcək, başqa yol yoxdur”.
Publika.az
"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama