20-06-2016 [20:12]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) təşəbbüsü, ADA və İqtisad Universitetinin birgə təşkilatçılığı ilə Bakıya səfər etmiş Nobel Sülhmükafatı laureatı Məhəmməd Yunusun "Kasıbların bankiri” ( The Banker to the Poor) kitabının Azərbaycan dilindəki versiyasının təqdimatı keçirilib.
BAMF-dan Mia.az-a verilən məlumata görə, Professor Məhəmməd Yunus öz kitabının Azərbaycan dilinə tərcümə olunmuş ilk versiyasını imzalayaraq Azərbaycan Respublikası Prezidentinə hədiyyə edib. Bu kitab BAMF tərəfindən Azərbaycan dilinə tərcümə olunub.
Beynəlxalq Avrasiya Mətbuat Fondunun qərargahında baş tutan təqdimatda Milli Məclis, beynəlxalq təşkilat, xarici səfirlik, vətəndaş cəmiyyəti nümayəndələri və media təmsilçiləri iştirak edib.
Tədbiri açan Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev bildirib ki, "Kasıbların bankiri” kitabının Azərbaycan dilinə tərcümə edilməsi və bu kitabın dünya şöhrətli müəllif Məhəmməd Yunusun şəxsi iştirakı ilə Bakıda təqdimatının keçirilməsi əlamətdar hadisədir: "Kitabın tərcümə prosesi ilə yaxından məşğul olan insan olaraq deyə bilərəm ki, kitab istər yaradıcılıq, istərsə də professionallıq baxımından yeganə vəsaitlərdən biridir ki, bu kitabı oxuyan hər kəs həyatında dəyişikliyə ehtiyac olduğunu hiss edəcək”.
Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, millət vəkili İsa Həbibbəyli qeyd edib ki, artıq bir neçə ildir, Azərbaycanda Nobel mükafatçıları ilə görüşün səmərəli ənənəsi mövcuddur: "Kasıbların bankiri” kitabı yoxsulluqdan xilas olmaqda, cəmiyyətin çətinlikdən aydınlığa doğru inkişafında insan amilinin maliyyə faktorundan üstün olması fikrini formalaşdırır”.
"Kasıbların Bankiri” kitabını insan iradəsinin manifesti adlandıran İsa Həbibbəyli deyib: "Dərin insanlıq sevgisi, özünəinam, maarifçilik, böyük ümidlər "Kasıbların bankiri” kitabından çıxarılan əsas nəticələrdir”.
Tədbirdə söz alan Əmək Və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli bidirib ki, M. Yunusu unikal edən, ona Nobel qazandıran ən böyük üstünlüyü dəyişikliyə olan inamı olub.
"Siz bankların kasıb insanlarla işləyə biləcəyini, Banqladeş cəmiyyətinin aşağıdan dəyişə biləcəyinə inanmısız. Azərbaycanı da bu günki inkişaf səviyyəsində gətirən həmin inamdır. 90-cı illərdə çoxsaylı sınaqlardan keçən Azərbaycan bu gün dünya səviyyəli tədbirlərə ev sahibliyi edir. Kasıblıq və işsizlik dəfələrlə aşağı salınaraq 5%-dən aşağı səviyyəyə endirilib”,-deyə M. Kərimli qeyd edib.
Daha sonra "FINCA Azerbaijan” Qeyri-Bank Kredit Təşkilatının Baş İcraçı Menecer Timoti Tarrant –da Mühəmməd Yunusun Bakıya səfər etməsini çox yüksək qiymətləndirərək, dünya iqtisadçılarının məhz onun araşdırmalarından ilhamlandığını etiraf edib.
Kitabının Azərbaycan dilinə təcrümə edilməsini müsbət qiymətləndirən M. Yunus Azərbaycan xalqının və ictimaiyyətini kasıblığın azaldılması istiqamətindəki addımlarını yüksək qiymətləndirdiyini deyib.
"Kitabın Azərbaycan dilində tərcümə olunmasında zəhmət çəkən hər bir şəxsə təşəkkür edirəm. Düzü, kitabı ilk yazan zaman bu qədər maraqla qəbul ediləcəyini gözləmirdim. Lakin, reaksiyalar məni də təəccübləndirdi. İnkişafı davamlı olan Azərbaycan cəmiyyətinin də "Kasıbların bankiri” kitabından yüksək səviyyədə yararlanacağına ümid edirəm. Biz bu kitabda bir çox vacib məqamlara toxunmuşuq. Hər birimiz yoxsulluğun sıfır səviyyəsinədək endirilməsini arzu edirik. Azərbaycan bu hədəfə çox yaxındır”.
Yoxsulluğun sıfır səviyyəsinə endirildikdən sonra gələcəkdə yoxsulluğun muzeyinin yaradılacağını deyən M. Yunus bildirib ki, Azərbaycan artıq bu istiqamətdə işlərə başlayıb.
Mərasimdə Professor Məhəmməd Yunusa BAMF-ın Ali Mükafatı təqdim olundu.
Qeyd edək ki, sözügedən Ali Mükafat buna qədər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarına və Udmurtiya Respublikasının rəhbəri Aleksandr Salavyova təqdim olunub. Bu mükafat dünya miqyasında vətəndaş cəmiyyəti sahəsinə verdiyi töhfə, beynəlxalq səviyyədə sosial və iqtisadi sahədə əldə olunan nailiyyətlərə, dünya elminin inkişafında oynadığı əvəzsiz rol və münaqişələrin həllində sülhü təbliğ edən ictimai xadimlərə təqdim olunur.


"Şəfiqə Məmmədova ittifaqın birinci katibidir, bu mənada..." - AKİ-yə kim sədrlik edir?
İzmirdə İŞİD-ə qarşı əməliyyat: 9 nəfər qandallanıb
Bakıda TDT üzv dövlətlərin rəsmilərinin görüşü olub
Sabahın hava proqnozu açıqlandı
ABŞ ordusu İranda uranı ələ keçirmək üçün əməlyyata hazırlaşır? - “Washington Post” yazır
Bərdə bazarında nöqsan aşkarlanıb - Yoxlama keçirilib
Bakı-Sumqayıt yolunda böyük tıxac yaranıb - Açıqlama + VİDEO
Kəlbəcər şəhərinə növbəti köç olub
Prezident İlham Əliyev Cevdet Yılmazın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - MÜZAKİRƏ + FOTO
ABŞ prezidenti Makronu rüsvay elədi: "O, hələ də çənəsinə ilişdirilən şapalağın təsirindədir"
ABŞ Rodrigezə qarşı sanksiyaları ləğv edib
AFFA rəsmisi: "Bəzən millilərə tapşırılmış oyunçular çağırılır"
Əli Əkbər Vilayəti: “Hörmüz boğazı ABŞ, İsrail və onların tərəfdarlarına açılmayacaq”
İSA NƏCƏFOV ELƏ SİRLƏRİ AÇDI Kİ... - Sensasiyalı MÜSAHİBƏ
Əli Əsədov: "Zəngəzur dəhlizi bütün türk dünyasının birləşdirilməsi üçün strateji əhəmiyyətə malikdir"
Mərkəzi Bankı uçot dərəcəsi barədə qərar qəbul edib
Şirvanşah modeli: kiçik dövlətin böyük strategiyası...
Bakıda ər-arvad bıçaqlanıb - Övladları saxlanılıb
AHİK YÜKSƏK VƏZİFƏ SAHİBLƏRİNİN MÜAVİNƏTİNİ KƏSDİ: məmurlara hər ay 172 manat verilirmiş... - Sahib Məmmədov kimlərin pulunu kəsib?
BƏƏ İran vətəndaşları ilə bağlı açıqlama yaydı
DOST TV-nin 2 yaşı tamam olub
Tramp İranın neft bazalarını vurmaqla hədələdi, müharibənin bitmə vaxtını açıqladı – “ABŞ-ın Hörmüz boğazına ehtiyacı yoxdur, Rusiya və Səudiyyə…”
Cəlilabadda 85 yaşlı kişi evdə yanaraq ölüb
Azərbaycan nefti 130 dollara satılır
Türk futbolçu İtaliyada “yüksələn ulduz” seçildi
İran İsrailə növbəti zərbə endirib - Yeni nəsil raketlərlə
İran Ordusu: “Daha bir MQ-9 Xomeyndə vurulub”
Cevdet Yılmaz Azərbaycana gəlib
İranın keçmiş XİN başçısı ağır yaralanıb – Həyat yoldaşı isə hadisə yerində həlak olub
Polşa MN: “ABŞ olmadan NATO, NATO olmadan güclü ABŞ ola bilməz”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
İranın yeni lideri Trampa meydan oxudu, dirəniş mesajı verdi: “Qəti şəkildə elan edirəm ki…”
Aralıq dənizində zəlzələ olub - 4.7 bal gücündə
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücum olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama