Rusiyada azərbaycanlılar arasında kütləvi dava, ölən var

img

20-06-2016 [17:09]


Rusiyanın Sankt-Peterburq şəhərindəki `Sofiysk` meyvə-tərəvəz bazasında azərbaycanlılar arasında kütləvi dava baş verib.

Dava iştirakçılarından biri odlu silahdan istifadə edib. Nəticədə bir həmyerlimiz öldürülüb. Polis atəş açan şəxsi saxlayıb. Azərbaycan vətəndaşının borca görə öldürüldüyü deyilir.


"Fontanka” portalının verdiyi məlumata görə, 43 yaşlı İsmayılovla 23 yaşlı Hüseynov familiyalı iki azərbaycanlı borca görə dalaşıblar. Sonda Hüseynov həmyerlisinin üzünə travmatik tapancadan atəş açıb. 43 yaşlı İsmayılov aldığı xəsarətdən elə hadisə yerində keçinib(azvision).


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA