"Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da..." - Politoloqdan Kremlin Qarabağ açıqlamasına reaksiya

img

20-06-2016 [15:58]


Rusiya prezidentinin vasitəçiliyi ilə Azərbaycan və Ermənistan prezidentlərinin Sankt-Peterburqda görüşünə saatlar qalmış Rəsmi Moskva diqqətçəkən açıqlamalar verib.

Mia.az xəbər verir ki, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədi kimi, hərbi əməliyyatların bərpasından sığortalanmaq olduğunu göstərib. Bəs, münaqişənin həlli necə olacaq?

Bununla bağlı açıqlama verən politoloq Elxan Şahinoğlu təəssüflənib ki, Sankt-Peterburq görüşü ilə bağlı proqnozları doğrulmaqdadır:

"Hazırki mərhələdə (bu mərhələnin nə qədər uzanacağını kimsə bilmir) Putini münaqişənin həlli yox, atəşkəsin ömrünü uzatmaq düşündürür. Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmadan atəşkəsin ömrünü uzatmaq status-kvonun ömrünü uzatmaq deməkdir. Status-kvonun ömrünün uzanması isə işğalçının maraqlarına uyğundur. Putin topu bizim meydana atır. Ya biz bu topu götürüb qol vurmağa çalışmalıyıq, ya da müdafiədə paslaşmalıyıq".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA