"Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdiririk" - AŞPA pezidenti

img

20-06-2016 [15:24]


Bu gün Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının açılışında çıxış edən qurumun sədri Pedro Aqramunt Avropa Şurasına üzv ölkələrdəki ümumu vəziyyət haqqında danışarkən Azərbaycanda  jurnalist Xədicə İsmayılovanın həbsdən azad edilməsini alqışladığını bildirib.

P. Aqramunt bu il ərzində Azərbaycanda bir çox siyasi məhbusun azad edildiyini də vurğulayıb: "Bu, çox yaxşı təşəbbüsdür və Azərbaycan hökumətinin əməkdaşlığa açıq olduğunu göstərir. İnsan haqları, demokratiya və hüquqi dövlət sahəsində üzərinə düşən beynəlxalq öhdəliklərini yerinə yetirməsi üçün biz Azərbaycan hökuməti ilə siyasi və konstruktiv dialoqu davam etdiririk". (APA)

O, Azərbaycan da daxil olmaqla yanvar ayından bəri bir neçə ölkəyə səfər etdiyini bildirib: "Mənim gördüyüm odur ki, bütün bu ölkələrdə Avropa Şurasının rolu çox güclüdür və bu ölkələr də bizim təşkilatla əməkdaşlığı davam etdirmək istəyindədir".


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA