“Putin Əliyev və Sarksiyanla ayrı-ayrı görüşlər keçirəcək" - Kremlldən daha bir xəbər

img

20-06-2016 [15:14]


Hazırda əsas vəzifə hərbi əməliyyatların bərpasından sığortalanmaqdır. Qarabağ ətrafında zorakılığın bərpasından əvvəl əldə edilmiş nəticələrin itməsinə yol vermək olmaz”.   

Bu sözləri Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Azərbaycan və Ermənistan prezidentlərinin bu gün Sankt-Peterburq şəhərində keçiriləcək görüşünün əsas məqsədini açıqlayarkən deyib. (APA)

D. Peskov bildirib ki, danışıqlar mürəkkəb olacaq: "Prezident ayrı-ayrı görüşlər keçirəcək. O, əvvəlcə Ermənistan prezidenti Serj Sarkisyan, sonra Azərbaycan prezidenti İlham Əliyevlə söhbət aparacaq. Daha sonra üç tərəfin iştirakı ilə müzakirələr keçiriləcək və prezidentlər birlikdə yemək yeyəcək”. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA