"Aprelin əvvəlində olan zərbələrin 5-6 qatı olacaq" - Deputatdan ermənilərə ismarıc

img

19-06-2016 [18:51]


"Dağlıq Qarabağ münaqişənin həlli istiqamətində həmsədr dövlətlər iradə nümayiş etdirməlidirlər".

Bunu Azərbaycan və Ermənistan prezidentlərinin görüşü ərəfəsində ANS TV-yə açıqlamasında deputat Elman Məmmədov deyib. 

Onun sözlərinə görə, həmsədrlər 25 ildir işğalçı Ermənistana dəstək çıxmaqla Azərbaycanı sonu görünməyən danışıqlara məcbur etməkdənsə, Ermənistan qoşunlarının Azərbaycan torpaqlarından çıxarılması tələbini irəli sürməlidirlər: "Bu olmayan halda mən hesab edirəm ki, aprelin əvvəlində olan zərbələrin 5-6 qatı olacaq. Torpaqların azad olunması üçün Azərbaycan ordusu hərəkətə keçəcək, çünki biz buna məcburuq və bu məcburiyyəti bizə Ermənistanın işğalçı siyasəti yaşadır".

Azərbaycan və Ermənistan prezidentləri Rusiya prezidenti Vladimir Putinin təklifi ilə iyunun 20-də Sankt Peterburda görüşəcəklər. Rəsmi Bakının mövqeyi dəyişməz olaraq qalır. Azərbaycan torpaqlarında  ikinci erməni dövlətinin yaranmasına imkan verilməyəcək və  bir qarış torpağı da güzəştə getməyəcək.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA