ABŞ səfiri BAMF Regional Peşə Təlimi Mərkəzində! - FOTO

img

18-06-2016 [18:49]


ABŞ səfiri, Dövlət Departamentinin maliyyə dəstəyi ilə mina qurbanları və müharibədən zərər çəkən insanlar üçün inşa olunmuş Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Regional Peşə Təlimi Mərkəzində olub.

Mia.az xəbər verir ki, BAMF-ın sədri Umud Mirzəyev qurumun müharibədən zərər çəkən regionlarda həyata keçirdiyi layihələr barədə məlumat verib.

Bildirib ki, Peşə Təlimi Mərkəzinin yaradılmasında məqsəd müharibədən zərər çəkən sakinləri və onların ailə üzvlərini, mina qurbanlarını, aztəminatlı ailələri, qaçqın və məcburi köçkünləri peşə kurslarına cəlb etməklə, yeni iş yerləri ilə təmin etməkdir: "Təlim Mərkəzinə cəlb olunanlar tikiş, xalçaçılıq, tinglik, kompyuter, kənd təsərrüfatı, sahibkarlıq, çörəkbişirmə və digər peşələrə yiyələnirlər".

Səfiri Robert Sekuta daha sonra Peşə Təlimi Mərkəzində təlimlərə cəlb edilən uşaqlarla görüşüb, söhbət edib, onların suallarını cavablandırıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA