Bakıda 16 yaşlı qız qaçırıldı - Polis hərəkətə keçdi

img

17-06-2016 [11:20]


Bakının Sabunçu rayonunda 16 yaşlı qız qaçırılıb.

Hadisə Maştağa qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan 2000-ci il təvəllüdlü A. Hacıyeva tanımadığı şəxs tərəfindən qaçırılıb. 16 yaşlı qızın atası Sabunçu rayon Polis İdarəsinin 14-cü polis bölməsinə müraciət edib.


O, bildirib ki, tanımadığı şəxs 16 yaşlı qızının evlənmək məqsədilə qaçırıb. Ata qızını qaçıran şəxsdən şikayətçi olduğunu bildirib. O, qeyd edib ki, qızı yetkinlik yaşına çatmayıb və məktəblidir. Qızın atası şikayətini belə əsaslandırıb ki, qızını həmin şəxs zorla qaçırıb.


Hazırda polis əməkdaşları tərəfindən tədbirlər görülür(teleqraf).


Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA