Gədəbəydə 32 yaşlı kişini sel apardı

img

17-06-2016 [10:40]


Gədəbəy rayonunda təbii fəlakət nəticəsində yerli sakini sel aparıb. 

Hadisə iyunun 16-da axşam saatlarında baş verib.Bədbəxt hadisə Gədəbəyə yağan dolu və güclü yağışdan sonra qeydə alınıb. Belə ki, güclü yağış nəticəsində Başkənd gölü daşıb. Bu zaman meşədən odun gətirən Düzrəsullu kənd sakini, 32 yaşlı Osman Rzayevi sel aparıb. Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Dolu, əsasən Şınıx bölgəsinin kəndlərini, İvanovka, Çobankənd, Saratovka, Qızıltorpağa yağıb. Təbiət hadisəsi nəticəsində, həmçinin təsərrüfata ciddi ziyan dəyib. Başkənd və Göyəllidə sel yolları yuyub. (report.az)

Digər xəbərlər
SON XƏBƏRLƏR
17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

13:26 29.10.2025

AMEA-da yoxlama davam edir

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA