Hacı Məmmədovun həyat yoldaşı azadlığa buraxılmayıb

img

16-06-2016 [10:14]


Hacı Məmmədovun həyat yoldaşı Nailə Quliyevanın azadlığa buraxılması barədə məlumatlar həqiqəti əks etdirmir. 
"Report”un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, N.Quliyeva hazırda 4 saylı Cəzaçəkmə Müəssisəsində cəzasını çəkir. N.Quliyevanın adı sonuncu amnistiya aktına düşməyib. Xatırladaq ki, N.Quliyeva 2005-ci ilin martında keçmiş MTN-in "Qara Kəmər” əməliyyatı zamanı həbs edilən DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədovun həyat yoldaşıdır. O, Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmənin hökmü ilə 13 il müddətinə azadlıqdan məhrum edilib. İyunun 15-də bəzi KİV-lər onun amnistiya aktı ilə azadlığa buraxılmasına dair çəlumat yayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA