"150 min pul aldılar, bizi buraxdılar” - İş adamı həbsdəki generaldan danışdı

img

14-06-2016 [11:18]


Müğənni Şəbnəm Tovuzlunun MTN-ə aparılması məsələsində adı hallanan iş adamı Famil Xəlilov musavat.com saytına müsahibə verib.

Biznesmen həbsdə olan MTN generalı Akif Çovdarovla ortaq olduğu, Ş.Tovuzlunun məcburi şəkildə MTN-ə aparıldığı barədə iddialara münasibət bildirib.

"Evrostroy-S” şirkətinin sahiblərindən biri olan Famil Xəlilov müsahibəsində Ş.Tovuzlu barədə suallara cavab vermək istəməyib: "Xahiş edirəm, Şəbnəm haqda mənə sual verməyin, onun adını hallandırmayın”.

Biznesmen Akif Çovdarovla şərik olması barədə deyilənlərə də münasibət bildirib. O deyib ki, Akif Çovdarovun "heç sifətini tanımır”.

İş adamı MTN-ə aparılması barədə də danışıb. O bildirib ki, keçmiş şəriki R.Q-dan MTN-ə şikayət edilibmiş, o da bu vasitə ilə MTN-ə gedib: "Ondan MTN-ə şikayət eləmişdilər. O da MTN-dən zəng elədi, məni çağırtdırdı. Orada məndən pul istədilər. Dedim, vermirəm. 150 min pul aldılar, bizi buraxdılar”.

Biznesmenin sözlərinə görə, MTN-də pulun kimə verildiyini bilmir, çünki pulu o, yox, ortağı verib. Məhz bu səbəbdən də generalların həbsindən sonra onlardan şiklayət etməyib. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA