Həbsdə olan sabiq nazirin qapalı məhkəməsi - General özünü təqsirli bilmir

img

13-06-2016 [20:41]


Bu gün Naxçıvan MR Hərbi Məhkəməsində sabiq milli təhlükəsizlik naziri Vəli Ələsgərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Proses qapalı keçirilib. Məhkəmədə prokuror ittiham aktının nəticəvi hissəsini elan edib. V.Ələsgərov ittiham üzrə özünü təqsirli bilməyib.

Proses sabah davam edəcək.

Qeyd edək ki, V.Ələsgərov 15 il Naxçıvan Muxtar Respublikasının milli təhlükəsizlik naziri vəzifəsində çalışıb. O, vəzifə səlahiyyətlərini aşmaqda, dövlət əmlakını talamaqda və digər cinayətlərdə ittiham olunur. V.Ələsgərov bir müddət əvvəl Naxçıvanda həbs edilib. Daha sonra barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib. Daha sonra onun barəsində yenidən həbs qətimkan tədbiri seçilib.

Trend.az 


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA