Deputatın bacısı nəvəsi saxlanıldı - Qanunsuz silah və polisə müqavimət

img

12-06-2016 [21:25]


Bir neçə gün əvvəl Bakıda qanunsuz silah saxladığına və gəzdirdiyinə görə həbs edilən şəxsləbağlı maraqlı təfərrüatlar ortaya çıxıb.

Mia.az Criminal.az-a istinadən xəbər verir ki, paytaxtda silahla gəzərkən yaxalanan Tural Əlikram oğlu Haqverdiyev millət vəkili Madər Musayevin qohumudur.

T.Haqverdiyevin Nərimanov Rayon Polis İdarəsinin 17-ci polis bölməsi əməkdaşları tərəfindən saxlanıldığı bildirilir. Onun "Volkswagen” markalı avtomobilinə baxış zamanı nömrəsi silinmiş "Makarov” tipli tapança və 4 ədəd patron, habelə cibindən 1 ədəd bıçaq aşkar edilərək götürülüb.

Polis İdarəsindən Criminal.az-a verilən məlumatda bu məsələ təsdiqini tapıb və bəlli olub ki, Tural Haqverdiyev millət vəkili Madər Musayevin bacısı nəvəsidir. O, saxlanılan zaman polis əməkdaşlarına müqavimət də göstərib...

T.Haqverdiyevin barəsində cinayət işi başlanıb. O, hazırda Şüvəlanda yerləşən istintaq təcridxanasında saxlanılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA