Acarıstan rəsmiləri Naxçıvana gəliblər - FOTO

img

11-06-2016 [16:55]


Gürcüstanın Acarıstan Muxtar Respublikası Hökumətinin sədri Arçil Xabadzenin başçılıq etdiyi nümayəndə heyəti Naxçıvanda səfərdədir.

Mia.az Azinforum.az-a istinadən xəbər verir ki, qonaqların Naxçıvanın gəzməli yerləri, istehsal, təhsil və mədəniyyət müəssisələri ilə tanış olacağı, bir sıra rəsmi görüşlər keçirəcəkləri gözlənilir.

Məlumatda o da qeyd olunur ki, bu iki Muxtar Respublika arasında sıx dostluq münasibətləri mövcuddur.

Xatırladaq ki, 2014-cü ilin iyulun 28-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Gürcüstanın Acarıstan Hökuməti sədrinin dəvəti ilə Batumiyə səfər edib


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA