Məhəmməd Hatəminin səhhəti pisləşdi, xəstəxanaya qaldırıldı! - FOTOLAR

img

11-06-2016 [16:13]


Milli Azadlıq Hərəkatının təməl daşını qoyanlardan və ilk yaradılan "Çənlibel” təşkilatının qurucusu Məhəmməd Hatəmi Tantəkinin durumu bir neçə gündür ki, sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

Məhəmməd Hatəminin səhhəti çox ağırdır və bir neçə gündür ki, sosial şəbəkə istifadəçiləri ölkə rəhbərliyinə, Milli Məclisin deputatlarına və ictimai-siyasi xadimlərə müraciət ünvanlayırlar ki, məsələ həllini tapsın.

Bir neçə günlük çağırışlardan sonra AMİP lideri Etibar Məmmədov və Milli Dövlətçilik Partiyasının sədri Nemət Pənahlı Məhəmməd Hatəminin yanında olublar.

Ağır vəziyyətdə olan Hatəminin üzərinə həkim çağırılıb və həkimlərin müayinəsindən sonra o, təcili tibbi yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə aparılıb.

evez-etibar-nemet hatemide2

Ailəsi – qızı Nərmin xanım, bacısı oğlu Turxan, qardaşı Tomrid, bacısı, yoldaşı bütün imkanları ilə Məhəmməd Hatəminin yanında və qulluğunda olsalar da, Tantəkinin müalicəsinə Milli Azadlıq Hərəkatının əfsanəvi liderlərindən biri olaraq Azərbaycan dövləti və hökuməti əl qoymalıdır. Bu haqda artıq sosial şəbəkələr də həyəcan təbili çalır.

Maraqlıdır ki, xural.com əməkdaşlarının da iştirak etdiyi prosüsdə arzuolunmaz anlar yaşanıb. Həkimlər Məhəmməd Hatəminin yaşadığı binaya daxil olanda gözlənilmədən işıqlar söndürülüb. Liftdə qalan həkimləri qayğıkeş qonşular birtəhət liftdən çəxarıblar və Məhəmməd Hatəmini təcili tibbi yardım maşınına mindirmək üçün 9-cu mərtəbədən çətinliklə endirməli olublar. Heç bir səbəb olmadan işıqların söndürülməsini "Azərişıq”ın mətbuat xidmətinin sədri Tanrıverdi Mustafayev də izah edə bilməyib. Tezliklə problemin həll edilməli olduğu bildirilsə də, problem həllini tapmayıb.

evez-nemet xestexanada1

Məhəmməd Hatəmi təcili tibbi yardım maşını ilə Bakı Sağlamlıq Mərkəzinə gətirilib və reanimasiya şöbəsinə yerləşdirilib. Həkimlər onun bazar ertəsinə qədər reanimasiyada qalacağını, bazar ertəsindən sonra xəstənin vəziyyətinə aydınlıq gətiriləcəyini dedilər(Xural.com).

Allah şəfa versin!



Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA