Bakıda vəzifəli şəxs iş yerində yandı - ŞOK OLAY

img

09-06-2016 [16:19]


Bakıda vəzifəli şəxsin xəsarət alması ilə nəticələnən bədbəxt hadisə baş verib.

Mia.az-ın əldə etdiyi məlumata görə, paytaxtın Nəsimi rayonu ərazisində, Bakı Beynəlxalq Dəniz Limanında idarənin şöbə müdiri Fəxrəddin Səmədov yanıq xəsarətləri alıb. İdarənin Nəqliyyat Şöbəsinin müdiri F.Səmədov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Respublika Yanıq Mərkəzinə yerləşdirilib.

Vəzifəli şəxsin hansı şəraitdə və hansı səbəbdən yanıq xəsarətləri alması bəlli deyil.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.

Qeyd edək ki, Bakı Beynəlxalq Dəniz Limanının Nəqliyyat Şöbəsi digər şöbələrdən fərqli olaraq limanın özündə yerləşir.



Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA