Polis xidməti maşınla piyadanı vurdu - Yaralı var

img

07-06-2016 [10:45]


Bakıda polis əməkdaşı yol-nəqliyyat hadisəsi törədib.

Hadisə bir neçə gün əvvəl Sabunçu qəsəbəsi, şəhər şossesində qeydə alınıb. Nəsimi rayon Polis İdarəsinin Post Patrul Xidməti Bölüyünün əməkdaşı, polis serjantı, 1988-ci il təvəllüdlü Altay Ələmdar oğlu Mahmudov idarə etdiyi "Fiat Doblo” markalı, 90 AP 170 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1974-cü il təvəllüdlü İradə Məhərrəm qızı Abdullayevanı vurub. İ. Abdullayeva əlindən yüngül xəsarət alıb. Ona xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılıb.

Faktla bağlı araşdırma aparılır.
apa

Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA