Maşın bazarındakı yanğının qarşısı alınıb - VİDEO

img

05-06-2016 [14:57]


Badamdarda yerləşən maşın bazarında yanğın hadisəsi baş verib. 
 
BAKU.WS-in məlumatına görə, hadisənin görüntüləri sosial şəbəkədə paylaşılıb. Görüntülərdən aydın olduğu kimi bazarı tüstü bürüyüb. Kadrlarda yanğının miqyasının böyük olduğu müşahidə edilir. Yanğın bazarın maşınlar olmayan hissəsində, otluq ərazidə qeydə alınıb. 
 
Yanğın zamanı avtomobillərə ziyan dəyməyib. Hadisə yerinə yanğın söndürən maşınlar cəlb olunub və yanğının qarşısı alınıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
09:57 30.10.2025

Faktiki hava açıqlanıb

17:00 29.10.2025

Şirvanda zəlzələ oldu

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA