Ramiz Mehdiyev mükafatları təqdim etdi - Fotolar

img

04-06-2016 [10:50]


Prezidentİlham Əliyevin Sərəncamı ilə Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə təltif olunmuş şəxslərə iyunun 3-də mükafatlar təqdim edilib.

"Gülüstan” sarayında keçirilən mükafatlandırma mərasimində dövlət və hökumət nümayəndələri,Milli Məclisin deputatları, tanınmış elm və mədəniyyət xadimləri iştirak ediblər. Mükafatları Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev təqdim edib.

Dövlət başçısının imzaladığı Sərəncama əsasən xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsindəki xidmətlərinə görə yeddi nəfər 3-cü dərəcəli "Vətənə xidmətə görə” ordeni, 41 nəfər "Tərəqqi” medalı, iki nəfər "Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.

Mərasim bədii hissə ilə davam edib.

Ramiz Mehdiyev mükafatları təqdim etdi  -  Fotolar
Ramiz Mehdiyev mükafatları təqdim etdi  -  Fotolar
Ramiz Mehdiyev mükafatları təqdim etdi  -  Fotolar
Ramiz Mehdiyev mükafatları təqdim etdi  -  Fotolar


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA